“Taliban” Pəncşirin daha 2 bölgəsini nəzarətə aldığını elan edib

“Taliban” Pəncşirin daha 2 bölgəsini nəzarətə aldığını elan edibƏfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması tabe olmaqdan imtina edən Pəncşir vilayətində daha 2 bölgəni nəzarətə aldığını açıqlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndələri məlumat veriblər.

Bildirilib ki, Pəncşir vilayətinin Hinc və Ənnaba bölgələri “Taliban”ın nəzarətinə keçib.

Hinc bölgəsinin strateji əhəmiyyətli ərazi olduğu vurğulanıb.