Özbəkistana 200-ə yaxın əfqan qaçqını gəlib

Özbəkistana 200-ə yaxın əfqan qaçqını gəlibAlmaniya Hərbi Hava Qüvvələrinin hərbi nəqliyyat təyyarəsi daha 196 əfqan qaçqınını Kabildən Daşkəndə gətirib.

Qaçqınlar daha sonra Frankfurta göndəriləcək.

Avrasiya.net xəbər verir ki, Özbəkistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, son bir neçə gündə Əfqanıstandan Daşkənd vasitəsilə 1 982 əcnəbi təxliyə edilib.