Həmas Talibanı təbrik etdi
Dərc olunub:
18-08-2021, 01:00
HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Həniyyə Əfqanıstanda Amerika işğalının sona çatması münasibətilə "Taliban"ı təbrik edib.
Avrasiya.net xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Heniyye "Taliban" Siyasi Bürosunun başçısı Molla Əbdülqəni Bəradərlə telefonda danışaraq deyib:
"Amerika işğalının Əfqanıstan torpaqlarından yox olması bütün zalım qüvvələrin məhvolma zamanının başlanğıcıdır.
Əfqanıstanda Amerika işğalı uduzdu. Bu münasibətlə sizi təbrik edərək ölkəyə birlik, güc və rifah gəlməsini arzu edirəm”.