Səfirlikləri tutmaq və səfirlik maşınlarını saxlamaq qadağan edilib

Səfirlikləri tutmaq və səfirlik maşınlarını saxlamaq qadağan edilibTaliban döyüşçülərinə Əfqanıstandakı səfirlikləri tutmağı və səfirlik maşınlarını saxlamağı qadağan edib.

Avrasiya.net xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.

“Taliban Əfqanıstanda olan bütün dövlət nümyəndələrinə hörmətlə yanaşır”, - hərəkatın yüksək səviyyəli nümayəndəsi bildirib.

Qeyd edək ki, bir müddət öncə də Taliban Kabildəki bütün diplomatik missiyaların və xarici vətəndaşların heç bir təhlükə altında olmadığını bildirmişdi.