ABŞ Əfqanıstan Mərkəzi Bankının aktivlərini blokladı
Dərc olunub:
17-08-2021, 08:47
ABŞ öz ərazisindəki Əfqanıstan Mərkəzi Bankına aid aktivləri bloklayıb.
Avrasiya.net xəbər verir ki, bu barədə “Frans-Press” məlumat yayıb.
Müvafiq addım “Taliban”ın vəsaitlərdən istifadəsinin qarşısını almaq məqsədilə atılıb.
Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, Əfqanıstan Mərkəzi Bankının valyuta ehtiyatları 9,4 milyard dollar təşkil edir və onların xeyli hissəsi ölkə xaricində saxlanılır.