ABŞ hərbi helikopteri təcili eniş etdi
Dərc olunub:
28-07-2021, 11:00
ABŞ-a məxsus hərbi helikopter Yaponiyanın cənub-qərbindəki Miyazaki əyalətində təcili eniş edib.
Axar.az xəbər verir ki, Yaponiya Hava Qüvvələri bu barədə məlumat yayıb.
Bildirilib ki, ABŞ ordusuna məxsus AH-1 helikopteri Nyutabaru hava bazasından səhər saatlarında havaya qalxıb.
Helikopter Miyazakinin Kuşima bölgəsindəki yaşayış sahəsindən 500 metr aralıdakı tarlaya təcili eniş edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.