Milyonlarla insan bu təhlükə ilə üz-üzə qalacaq... - BMT
Dərc olunub:
8-07-2021, 10:07
Dünya ictimaiyyəti daha ölümcül ştammların peyda olmasına səbəb olacaq koronavirusun yayılmasının qarşısını almalıdır.
Avrasiya.net xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.
“Əgər virusun meşə yanğını kimi yayılmasına izn versək, milyonlarla insan bu təhlükə ilə üz-üzə qalacaq. O, nə qədər çox yayılırsa, o qədər çox ştamm peyda olur", – deyə o bildirib.