Sizin Reklam Burada

KİV: Camal Qaşıqçının qətlində iştirak edənlər ABŞ-da döyüş hazırlığı keçiblər

KİV: Camal Qaşıqçının qətlində iştirak edənlər ABŞ-da döyüş hazırlığı keçiblərSəudiyyə Ərəbistanının “The Washington Post” qəzetinin müxbiri Camal Qaşıqçının qətlində iştirak edən dörd sakini daha əvvəl ABŞ ərazisində döyüş hazırlığı keçib.

“Report” xəbər verir ki, bu barədə "The New York Times" qəzeti bildirib.

Qəzetin mənbələrinin sözlərinə görə, krallığın xüsusi xidmət orqanlarının əməkdaşları ABŞ Dövlət Departamenti tərəfindən bəyənilmiş müqavilə ilə Birləşmiş Ştatlarda döyüş hazırlığı keçiblər.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “The Washington Post” qəzetinin müxbiri C.Qaşıqçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb. Bundan sonra jurnalist barədə heç bir məlumat əldə etmək mümkün olmayıb.

Camal Qaşıqçının qətlində təqsirli bilinən 5 nəfər barəsində edam hökmü çıxarılıb. Jurnalistin öldürülməsində ittiham olunan daha 3 nəfər isə ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum ediliblər.

Daha əvvəl Amerika hakimiyyəti "The Washington Post" qəzetinin icmalçısının qətlində iştiraka görə Səudiyyə Ərəbistanının 16 vətəndaşının ABŞ ərazisinə giriş qadağası haqqında qərar qəbul edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər