Baş Assambleya Quterrişi yenidən BMT-nin Baş katibi TƏYİN ETDİ

Baş Assambleya Quterrişi yenidən BMT-nin Baş katibi TƏYİN ETDİBMT Baş Assambleyasının bu gün keçirilmiş iclası zamanı Antoniu Quterriş ikinci müddətə təşkilatın Baş katibi təyin edilib.

TASS xəbər verir ki, müvafiq qərarı BMT Baş Assmbleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır açıqlayıb.

“Məmnunluq hissi ilə bəyan edirəm ki, Antoniu Quterriş 2022-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək ikinci müddətə BMT-nin Baş katibi təyin edilib”, - o bildirib.

Xatırladaq ki, Quterriş BMT-nin baş katibi vəzifəsinə yeganə namizəd idi. Daha əvvəl onun namizədliyini BMT-nin Təhlükəsizlik Şurası dəstəkləmişdi.