Türkiyə ABŞ-dan sonra Əfqanıstanda məsuliyyəti üzərinə götürdü

Türkiyə ABŞ-dan sonra Əfqanıstanda məsuliyyəti üzərinə götürdüTürkiyə Əfqanıstanda sabitlik və sülh üçün ən çox cəhd göstərən ölkələrin başında gəlir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əfqanıstanda davam edəcək bir sabitlik ortamının yaradılması üçün hər cür dəstəyi verməyə davam edəcəyik. ABŞ-ın Əfqanıstandan çəkilmə qərarından sonra Türkiyə burada bir çox məsuliyyəti üzərinə götürə bilər. Əfqanıstandakı bütün tərəflərin və bölgə ölkələrinin dəstəyi ilə sülh prosesini daimi hala gətirəcəyimizə inanıram. Bundan sonrakı prosesdə sülh cəhdlərimizi və əfqan qardaşlarımıza dəstəyimizi güclü şəkildə davam etdirəcəyik. İnşallah, biz Əfqanıstandakı qardaşlarımızın sıxıntıya düçar olmasına fürsət verməyəcəyik”, – deyə o bildirib.