Sizin Reklam Burada

ABŞ Avropa liderlərini necə izləyirmiş?

ABŞ Avropa liderlərini necə izləyirmiş?İyunun 15-də keçiriləcək ABŞ-Avropa Birliyi sammiti öncəsi tərəflərin münasibətlərini zərbə altında qoyacaq yeni və çox ciddi bir qalmaqal başlayıb.

Danimarkanın DR teleradioşirkətinin Avropanın bir sıra başqa ölkələrinin media qurumları ilə birlikdə apardığı araşdırma nəticəsində bəlli olub ki, 2012-2014-cü illərdə ABŞ-ın xüsusi xidmət orqanları Avropanın siyasi xadimlərini izləyiblər. Özü də, bu məqsədlə Danimarka kəşfiyyatının imkanlarından istifadə olunub.

Hazırda Almaniya, Fransa, İsveç faktla bağlı Kopenhagendən izahat tələb edirlər, ABŞ isə susur. Bu fakt Co Baydenin Avropa liderlərilə görüşlərinə ciddi şəkildə kölgə sala bilər. Çünki həmin illərdə məhz o, Barak Obamanın komandasında vitse-prezident vəzifəsini tuturdu.

Araşdırma üzə çıxarıb ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (National Security Agency, NSA) Danimarkanın hərbi kəşfiyyat xidməti ilə sıx əməkdaşlıq şəraitində Almaniyanın Angela Merkel, Frank Valter-Ştaynmayer, Per Ştaynbryuk kimi siyasi və dövlət xadimlərini, həmçinin, Fransanın, Niderlandın, Norveçin, İsveçin müxtəlif səviyyəli məmurlarını izləyiblər. Bu məqsədlə Danimarka NSA-nın Kopenhagen yaxınlığındakı stansiyadan istifadə etməsinə tam şərait yaradıb.

İzlənmə prosesi Danimarkanın sualtı internet-kabellərinə qoşulma vasitəsilə həyata keçirilib. Həmin kabellərin vasitəsilə Amerika kəşfiyyatı onu maraqlandıran avropalı siyasətçilərin telefon danışıqlarına, mesajlarına, internet-trafikinə nəzarət imkanı qazanıb.

“Biz Danimarka və ABŞ-dan açıqlama gözləyirik. Müttəfiqlər arasında belə hərəkətlər yolverilməzdir. Avropalı müttəfiqimizdən isə belə hərəkəti heç gözləməzdik” – bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.

Maraqlıdır ki, əsas qurban olmasına baxmayaraq, Almaniya özünü çox təmkinli aparır və hələ heç bir kəskin açıqlama verməyib.

NATO və Avropa Komissiyası məsələyə qarışmayacaqlarını rəsmən bəyan ediblər.

Azvision.az-ın məlumatına görə, vaxtilə ANB-nin insanları necə izlədiyini ifşa etmiş məşhur Edvard Snouden hadisəni şərh edərkən özünün “Tvitter” hesabında həm Kopenhagenin, həm də Vaşinqtonun məsələnin mahiyyəti üzrə təfərrüatlı açıqlama verməli olduqlarını bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər