Sizin Reklam Burada

Türk Dünyası Media Əməkdaşlıq Alyansı müsəlman aləmini erməni vəhşilikləri barədə məlumatlandırdı

Türk Dünyası Media Əməkdaşlıq Alyansı müsəlman aləmini erməni vəhşilikləri barədə məlumatlandırdı"Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin təsisçisi, Əməkdar jurnalist Süleyman İsmayılbəylinin bir neçə ərəb mediasında məqaləsi dərc edilib.

Avrasiya.net xəbər verir ki, İctimai Birlik təsisçisinin bu dəfəki yazısı ermənilərin Ağdam rayonunda törətdikləri vəhşiliklərdən bəhs edir.

Əlcəzairin alharir.info, İordaniyanın nayrouz.com və suriyeturkmenleri.com saytlarında dərc edilən məqalədə müəllif Ağdama səfərdən bəhs edərək yazır ki, ermənilər nəinki bu rayonun tikililərini dağıdıb, onu xarabalığa çevirib eyni zamanda təbiəti, ekologiyasını da məhv edib. Müəllif yazır ki, düşmən hətta soyuq məzarda uyuyan insanlardan da qisas almağı düşünüb və Ağdamdakı bir neçə məzarlıqda meyitlər qazılaraq torpaqdan çıxarılıb və onun qalıqları ətrafa səpələnib.

Müəllif məqalədə əsas diqqəti minalanmış ərazilərə dö yönəldib. Bildirib ki, Ağdamın ərazisinin demək olar ki, 80 faizi düşmən tərəfindən minalanıb. Ona görə də burada geniş miqyasda quruculuq-abadlıq işlərinin həyata keçirilməsi tam mümkün olmur. Bunun başlıca səbəblərindən biri də Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməsidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər