Sizin Reklam Burada

Hind ştammı ilə bağlı QORXULU PROQNOZ

Hind ştammı ilə bağlı QORXULU PROQNOZFransa COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimindən çıxmağa hazırlaşdığı vaxtda mütəxəssislər ölkədə koronavirusun Hindistan ştammının yayılması ilə bağlı narahatlıqlarını bildirirlər. Hindistan ştammının bir neçə variantı olduğu bildirilib. Fransada hind ştammının ən təhlükəli variantı - B.1.617.2 üzrə artıq 30 yoluxma faktı qeydə alınıb.

Publika.az xəbər verir ki, bu haqda Regional Səhiyyə Ajansının məlumatında xəbər verilib.

“Imperial College de Londres” və Lill Universitetinin professoru, genetika üzrə mütəxəssis Filip Forgel yerli mətbuata müsahibəsində hökuməti fəaliyyətsizlikdə qınayıb. Hind ştammının aşkarlanması üçün Fransada xüsusi testlərin olmadığını diqqətə çatdıran alim bu ştammın sürətlə yayıldığını vurğulayıb. Bildirib ki, Fransada səlahiyyətli şəxslər vəziyyəti yaxından və diqqətlə izləməlidirlər. Hind variantı mənşə virusdan daha sürətlə yayılır. Böyük Britaniyada ingilis ştammının dominantlığı iki ay yarım davam etdisə, bu müddət Fransada üç ay yarım oldu. Hindistan ştammı sürətlə inkişaf edərsə, iyulda Fransa virusun dördüncü dalğası ilə üzləşəcək. Beləliklə, ölkə böyük problemlərlə qarşılaşa bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər