5 ölkə Fələstin üçün ordu göndərir?

5 ölkə Fələstin üçün ordu göndərir?İsrail-Fələstin münaqişəsi ilə əlaqədar bölgəyə koalisiya qüvvələri yerləşdirilə bilər.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şəfəq" nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, mütəxəssislərin fikrincə, Fələstinin müdafiəsi üçün Türkiyənin təklifi məntiqlidir. Belə ki, Türkiyə, İran, Qətər, Malayziya və Pakistan kimi müsəlman ölkələrin orduları İordaniya və Livana yerləşdirilə bilər. Bu koalisiya qüvvələrinin Fələstin və müqəddəs yerləri qoruya biləcəyi vurğulanıb.

Bildirilib ki, bunun üçün BMT TŞ-nin təsdiqi lazımdır. Bir veto qərarı isə bu koalisiya qüvvələrinin qarşısını ala bilər.

Qeyd edək ki, ABŞ İsrail-Fələstin münaqişəsi ilə bağlı qətnamələrin qəbuluna imkan verməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər