38 min fələstinli BMT-dən sığınacaq istədi
Dərc olunub:
17-05-2021, 02:30
Qəzza zolağından qaçan 38 min fələstinli BMT-dən sığınacaq istəyib.
Axar.az xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi açıqlama yayıb.
Təşkilatın Fələstin anklavındakı sözçüsü Adnan Əbu Həsna bölgədə 50 sığınacaq yerinin qurulması istiqamətində plan hazırlandığını söyləyib.