Türk iş qadını yüksək beynəlxalq mükafat aldı

Türk iş qadını yüksək beynəlxalq mükafat aldıİctimai mövzularda önəmli işlər görən "Welcome to Turkish Cyprus Club"un qurucu üzvü, kiprli türk iş insanı Işın Ramadan Cemil, “Örnək insan” ödülünə layiq görülüb.

Avrasiya.net xəbər verir ki, beynəlxalq arenada Birləşmiş Millətlər Təşkilatının üzvü və 13 min üzvü olan "Welcome CIubs International" (WCI) Işın Ramazan Cemili "Marian Adair" (Örnək İnsan) ödülünə layiq görüb və bunu bütün dünyada yayımlanan onlayn zoom toplantıda elan edib.

Daxili İşlər Nazirliyinin nümayəndələri, xanımları, Dərnək (DİMED) üzvləri və iş insanları Işın Ramadan Cemili bu yüksək mükafatı alması münasibəti ilə bağlı təbrik edib.