Yeni korona növləri yaranacaq, əlavə vaksin lazımdır
Dərc olunub:
7-05-2021, 09:10
COVİD-19 epidemiyası bir anda sona çatmayacaq.
Bunu ABŞ-ın dərman şirkəti “Moderna”nın baş direktoru Stefan Bansel deyib.
Onun sözlərinə görə, təxminən 6 ay sonra virusun yeni variantları ortaya çıxacaq:
“6 ay ərzində - payızın sonu, qışın əvvəllərində COVİD-19-un müxtəlif növlərinin peyda olacağını düşünürük. Əlavə peyvəndlərə ehtiyac yarana bilər”.