Yermak: İnanırıq ki, Bayden yaxında Ukraynaya gələcək

Yermak: İnanırıq ki, Bayden yaxında Ukraynaya gələcəkÜmid edirik ki, ABŞ Prezidenti Co Bayden bu il ərzində Ukraynaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak deyib.

O bildirib ki, səfərlə bağlı indiyə kimi tarix müəyyən edilməyib:

“Səfərin yaxın tarixlərdə baş tutacağına inanırıq. Eyni zamanda ABŞ Dövlət katibi Entoni Blinken də bununla bağlı istəyini ifadə edib”.

Qeyd edək ki, ABŞ Dövlət katibi E.Blinken Ukraynada rəsmi səfərdədir.