Sizin Reklam Burada

30-dək azərbaycanlı Almaniyadan deport olunacaq

30-dək azərbaycanlı Almaniyadan deport olunacaqAlmaniyanın Şimali Reyn Vestfaliya əyalətində yaşayan 30-a yaxın azərbaycanlının bu gün deportasiya ediləcəyi gözlənilir.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, onlar əsasən sığınacaq istəyi rədd edilən və barəsində deportasiya qərarı çıxarılan şəxslərdir.

Əyalətin müxtəlif şəhərlərindəki ünvanlarından polis və miqrasiya idarəsinin əməkdaşları ilə birgə Düsseldorf şəhərinə gətirilən azərbaycanlılar hava limanının yaxınlığında yerləşən və deportasiya ediləcək şəxslər üçün nəzərdə tutulan yataqxanaya yerləşdiriliblər.

Onların bu gün xüsusi çarter reysi ilə Azərbaycana göndərilməsi gözlənilir. Təyyarə Bakı vaxtı ilə 17:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək.

Məlumat üçün bildirək ki, Almaniyadan kütləvi belə deportasiya sonuncu dəfə bu ilin mart ayında həyata keçirilib. Bu ölkədə qanunsuz yaşayan 50-yə yaxın Azərbaycan vətəndaşı çarter reysi ilə Vətənə gətirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər