Sizin Reklam Burada

Çin Britaniya parlamentindən uyğurlarla bağlı səsvermənin ləğvini tələb etdi

Çin Britaniya parlamentindən uyğurlarla bağlı səsvermənin ləğvini tələb etdiRəsmi Pekin Böyük Britaniya parlamentindən Çin Xalq Respublikasının şimal-qərbində Sinszyan-Uyğur muxtar rayonunda "insan hüquqları və soyqırımı sıxışdırılması"na aid olan səsvermənin ləğvini tələb edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Londondakı səfirliyi tərəfindən yayılmış bəyanatda deyilir.

"Britaniyanın İcmalar Palatası 22 aprel tarixində Sinzyanda insan haqlarının pozulması və milli azlıqlara qarşı soyqırımı faktını tanıyan səsverməni bəyənib. Böyük Britaniyanın müvafiq məsələlərə obyektiv baxmasını, Çin Xalq Respublikasının əsas mənafelərinə hörmət göstərməsini və səhvini dərhal düzəltməsini tələb edirik", - sənəddə deyilir.

Bəyanatda qeyd edilir ki, Pekin ona qarşı irəli sürülən ittihamları rədd edir, çünki onların böhtan hesab edir və özünün müstəqilliyini mətanətlə müdafiə edəcək.

"London İngiltərədəki insan haqlarına riayət edilməsi ilə əlaqədar problemləri bəzəməyə çalışır, eyni zamanda digər ölkələri də günahlandırır - bu açıq-aşkar ikiüzlülük və ikili standartlardır", - bəyanatda vurğulanır.

Sinszyanda Çinin ən çoxsaylı milli azlıqlarından biri – İslam dininə etiqad edən uyğurlar yaşayır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər