Sizin Reklam Burada

Rusiya ilə Çexiya arasında diplomatik qalmaqal böyüyür

Rusiya ilə Çexiya arasında diplomatik qalmaqal böyüyürÇexiya Parlamenti Senatı (yuxarı palatası - Red) hökuməti Rusiya Federasiyası ilə mövcud olan dostluq və əməkdaşlıq müqaviləsini ləğv etməyə, Rusiyanın Çexiyadakı səfirliyinin işçilərinin sayını mümkün qədər azaltmağa və səfiri tək saxlamaqla bağlı çağırış edib.

“Report”un məlumatına görə, bu barədə “ÇTK” xəbər agentliyi xəbər yayıb.

Senat üzvləri 2014-cü ildə Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə törədilən Vrbetitsadakı hərbi anbarlardakı partlayışı Avropa Birliyinə üzv dövlətlərdən birinə qarşı dövlət terror aktı dəyərləndirib.

Bundan əlavə, Çexiya parlamentinin yuxarı palatası Nazirlər Kabinetinə Vrbetitsadakı hadisə ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasının iclasına çıxarmağı, Avropa Birliyi və NATO-nun rəhbər qurumları tərəfindən baxılması üçün addımlar atılmasını tövsiyə edib.

Bildirilib ki, Çexiya hökuməti bu təşkilatlara (NATO və Avropa İttifaqı - Red) üzv olmaqla ölkəyə verilən bütün imkanlar və vasitələrdən istifadə etməlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər