Sizin Reklam Burada

Bayden ABŞ-ın müdafiə xərclərini azaldacaq

Bayden ABŞ-ın müdafiə xərclərini azaldacaqABŞ prezidenti Co Bayden ölkənin hərbi büdcəsini sələfi Donald Trampın rəhbərliyi tərəfindən müəyyən edilən rəqəmdən 7 milyard ABŞ dolları məbləğində azaltmağı təklif edəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələri məlumat yayıb.

Cümə günü (9 aprel - Red) Bayden, müdafiə daxil olmaqla dövlət xərcləri üçün təkliflər təqdim edəcək. Təklifə əsasən müdafiə xərcləri üçün 715 milyard ABŞ dolları nəzərdə tutulub. Halbuki, Tramp bu rəqəmi 722 milyard ABŞ dolları təklif etmişdi. Bu, hərbi xərcləri azaltmaqda israr edən Demokrat Partiyanın nümayəndələrinə doğru addım olacaq.

Bu ilki maliyyə büdcəsi uzun müddətdən bəri hərbi və digər xərclərə bölünməyəcək. Nəticədə ABŞ Konqresi müdafiə büdcəsini azaltmaq və başqa ehtiyaclara yönəltmək imkanı qazanacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər