ABŞ-da silahlı basqın: 5 ölü, 1 yaralı
Dərc olunub:
8-04-2021, 12:28
ABŞ-ın Cənubi Koralina ştatında evə silahlı basqın olub.
Avrasiya.net xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, hadisə Rok-Hill adlı kiçik qəsəbədə baş verib.
Silahlı basqın nəticəsində 2-si uşaq olmaqla, 5 nəfər öldürülüb. Evdə ağır yaralanan bir nəfər xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.