Niderlandda 31 Mart Azərbaycanlıların soyqırımının anım tədbiri keçirilib
Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin Rotterdam şəhərindəki qərargahında 31 Mart Azərbaycanlıların soyqırımının anım tədbiri keçirildi.
Avrasiya.net xəbər verir ki, tədbirdə bütün şəhidlərimizin və qətliam qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Beniluks Azərbaycanlııarı Konqresinin sədri Elsevər Məmmədov tədbir iştirakçılarına, 31 Mart soyqırımıyla baglı Niderland patlamentinə bəyanat ünvanlandığını bildirdi.
Tədbirdə BAKın vitse prezidenti Sima Xanım Cəfərovanın 1918 cı ildə törədilən Azərbaycan xalqının kütləvi şəkildə qətliamı və erməni daşnaklarının dinc əhaliyə verdiyi ağılasızmaz işgəncələr barədə danışdı.
Azərbaycan xalqının qanlı yaddaşına həkk olunmuş Çar Rusiyasının erməni daşnak partiyası ilə müştərək törətdikləri genosid tarixi fakt və dəlillərlə BAK idarə heyəti tərəfindən müzakirə olundu.
Tədbirdə eləcə də, gündəmdə olan əsas məsələlər haqda danışıldı.
Tədbirdə şəhidlərimizin və düşmən əlindən qətlə yetirilmiş həmvətənlərimizin ruhuna dualar oxundu və ehsan verildi.