Sizin Reklam Burada

Uşaqların vaksinasiyası nə zaman başlayacaq? - Professor açıqladı

Uşaqların vaksinasiyası nə zaman başlayacaq? - Professor açıqladıTürk professor Mehmet Ceyhan ABŞ-ın “Moderna” şirkətinin uşaqların vaksinasiyası üçün mRNA texnologiyasına əsaslanan COVID-19 peyvəndi üzərində çalışdığını deyib.

Publika.az xəbər verir ki, professor uşaqlar üçün hazırda koronavirusa qarşı hansısa peyvəndin olmadığını deyib.

“Uşaqlar üçün peyvənd hazırlamağın bəzi şərtləri var. Həmin vaksinin yetəri qədər istifadə edilməsi, tətbiq olunması lazımdır ki, nə qədər etibarlı olduğu təsdiqlənsin. Türkiyədə bu istiqamətdə hər hansı araşdırma yoxdur. ABŞ-da isə yalnız “Moderna” tədqiqat aparır. Bu cür məhsullar aparılan araşdırmaların nəticələrinə əsasən lisenziya əldə edir. Hər məhsula da lisenziya verilmir. Deyək ki, araşdırma gələn ayın sonunda bitəcək, şirkətlər bu araşdırmanın nəticələri ilə ölkələrin səhiyyə orqanlarına müraciət edir və dərhal icazələrini almağa başlayırlar”, - həkim əlavə edib.

M.Ceyhanın sözlərinə görə, gənclərin vaksinasiyaya münasibəti birmənalı olmayacaq:

“Gənclər və yetkin insanlar vaksinasiyadan yayınarsa, istədiyimiz hədəfə çata bilmərik. Bu da işimizi çətinləşdirir. Bunun üçün nazirlik proqramlar hazırlamalıdır. Cəmiyyətin 70-80 faizi inaktiv peyvəndlə qorunacaq. Hədəfimiz əhalinin 60 faizinin peyvəndlənməsidir. Kütləvi immunitetin yaranması üçün cəmiyyətin 80 faizi peyvəndlənməlidir. Yerdə qalan 20 faizi də uşaqlardır. Bütün cəmiyyətə yetəcək peyvənd istehsal edilməsi üçün çox böyük güc sərf etməliyik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər