Sizin Reklam Burada

İran şahından krala: İcazə verin, mini yubka geyinsinlər

İran şahından krala: İcazə verin, mini yubka geyinsinlərXahiş edirəm, qardaşım, modernləşin. Ölkənizi dünyanın üzünə açın! Məktəblərinizdə qızlarla oğlanlar bir yerdə oxusun. Qadınlara icazə verin ki, mini yubka geyinsinlər. Diskotekalar açın. Müasir olun. Əks təqdirdə, taxtınızda qalacağınıza zəmanət verə bilmərəm.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, bunu 1960-cı illərin sonlarında İran şahı Məhəmməd Rza Pəhləvi Səudiyyə kralı Feysələ məktubunda qeyd edib.

Buna cavab olaraq kral Feysəl şahənşaha belə bir cavab yazıb: "Əlahəzrət, məsləhətlərinizi qiymətləndirirəm. Xatırladım ki, siz Fransanın şahı deyilsiniz. Siz Yelisey Sarayında deyilsiniz. Siz əhalisinin yüzdə doxsanı müsəlman olan İranda hökm edirsiz. Xahiş edirəm ki, bunu unutmayın".

1979-cu il İran inqilabının rəhbəri Ayətullah Xomeyni “mini yubka”, “diskoteka” tərəfdarı, modernləşmə sevdalısı olan Məhəmməd Rza şahı devirdi. İran şəriət qanunlarına söykənən islam respublikasına çevrildi.

İranı şahının taxtında qalacağına şübhə etdiyi Səud sülaləsi isə hələ də iqtidardadır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər