G7 ölkәlәrindən Krımla bağlı KRİTİK QƏRAR
Dərc olunub:
19-03-2021, 08:53
G7-yә üzv ölkәlәr - İngiltәrә, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya vә Amerika Birlәşmiş Ştatları Rusiyanın Ukraynanın suverenliyinә, әrazi bütövlüyünә vә müstәqilliyinә zәrәr verәn addımlarını qınadıqlarını vә Krımın ilhaqını tanımayacaqlarını bildiriblər.
Publika.az Ukrayna mətbuatına istinadla xəbər verur ki, bu ölkələrin xarici işlәr nazirlәri ilә Avropa İttifaqının ali nümayәndәsinin yayımladığı birgә bәyanatda Ukraynanın suverenliyinә, әrazi bütövlüyünә vә müstәqilliyinә verilәn dәstәyә diqqәt çәkilib.
Rusiyanın Krım vә Sevastopolu qeyri-qanuni ilhaqının 7-ci ildönümündә verilәn bәyanatda deyilir:
"‘Rusiyanın ilhaqı qanunilәşdirmәklә bağlı atdığı addımları tanımırıq vә tanımayacağıq".