Helikopter qəzaya uğradı: 9 ölü
Dərc olunub:
18-03-2021, 12:20
Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 tipli helikopter qəzaya uğrayıb.
Avrasiya.net xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə Maydan Vardak əyalətinin Behsud bölgəsində baş verib.Qəza zamanı 9 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.