Sizin Reklam Burada

Uşaqların oyun hüququ

Uşaqların oyun hüququPandemiyanın çətinlikləri fonunda, Birləşmiş Ərəb Əmirlikləri cəmiyyətin bütün üzvlərini, o cümlədən uşaqları dəstəkləməyə davam edir. BƏƏ inanır ki, xoşbəxt uşaqlar xoşbəxt ölkə deməkdir.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, beləliklə, 2021-ci ilin BƏƏ Uşaqlar Gününün mövzusu oyun hüququdur.

Ümum Qadınlar Birliyinin sədri, Analıq və Uşaqlıq üzrə Ali Şuranın sədri, Ailə İnkişafı Fondunun Ali sədri Şeyxa Fatimə bint Mübarəkin göstərişləri altında illik qeyd edilən bu Günün məqsədi uşaqlar üçün oyunun vacibliyi barədə cəmiyyət üzvlərini maarifləndirməkdir.
Bu mövzunun əsas mesajı aşağıdakılardan ibarətdir:
Oyun, uşaqların qidalanma, qorunma və təhsil kimi əsas ehtiyacları kimi eyni dərəcədə vacibdir. Oyun anadan olandan etibarən uşaq beyninin inkişafının əsas hissəsidir

Oyun uşaqlar üçün lazımi həyat bacarıqlarını inkişaf etdirməyin və gücləndirməyin açarıdır

Oyun fiziki və zehni sağlamlığı təşviq edən əsas vasitədir və zorakılıq, istismar və laqeydlik qurbanı olan uşaqların inteqrasiyası üçün təsirli bir müalicədir.
BƏƏ uşaqlara qayğı göstərmək və onların əsas hüquqlarını qorumaq mərhələsindən gələcək nəsillərin gücləndirilməsi və gələcəyini formalaşdırma mərhələsinə qədər irəliləyib. Bu baxımdan, aşağıdakı link, bu gün üçün xüsusi olaraq Əmirlik fəaliyyətlərini öyrənmək üçün faydalıdır.

https://ecd.gov.ae/

Vurğulanmalıdır ki, BƏƏ-Azərbaycan ikitərəfli münasibətləri ildən-ilə müxtəlif sahələrdə, o cümlədən sosial məsələlərdə inkişaf edir. Beləliklə, BƏƏ-nin Bakıdakı səfirliyi öz növbəsində mütəmadi olaraq uşaqlara həsr olunmuş təşəbbüslər həyata keçirir. Ötən illər ərzində Səfirlik cəmiyyətin kiçik üzvlərinə məktəb ləvazımatları hədiyyə edib, onları ziyarət edərək, ünsiyyətdə olub. Beləliklə, Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə möhtərəm liderlərimizin yaratdığı dostluq körpüsünü möhkəmləndirməyə davam edirik.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər