Sizin Reklam Burada

Virus bu ölkədə sürətlə yayılır

Virus bu ölkədə sürətlə yayılırBu gün braziliyalı həkim Migel Nikolelis Braziliyanın, COVID-19-a səbəb olan və xəstəliyə nəzarət edilmədiyi halda mutasiya oluna biləcək SARS-CoV-2 virusunun yeni ştammlarının episentri olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, həkim və neyrobioloq Migel Nikolelis, həmçinin ABŞ-ın Dyuk Universitetinin professorudur və “Scientific American” jurnalının tərtib etdiyi dünyanın ən böyük alimləri siyahısına daxildir.

M. Nikolelisin sözlərinə görə, Braziliya və ya Amazon variantı kimi tanınan ölkədə qeydə alınmış yeni ştamm, daha ötürücüdür, lakin onun ölümlə nəticələnəcəyi haqqında hələ ki, dəqiq məlumat yoxdur. Bu xəbərdarlıq əlamətidir, çünki ötürülmə mutasiya oluna və koronavirusun yeni növlərinin ortaya çıxmasına səbəb ola bilər. Təhlükə ondan ibarətdir ki, koronavirus Braziliyada sürətlə yayılır və gündə 70 mindən 80 minə qədər insanı yoluxa bilir, bu isə virusda inanılmaz sayda mutasiyalar yaradır.

Braziliyada COVID-19-un ötürmə sürəti 1,1 təşkil edib.

Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə ölkədə yoluxanların sayı 11,4 milyon nəfərdən çoxdur, 277 mindən artıq insan vəfat edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər