ABŞ türk kriminal avtoritetin başına 5 milyon qoydu
ABŞ Dövlət Departamenti qırğız kriminal avtoritet Kamçibek Kolbayevin həbsinə imkan verəcək hər hansı informasiyaya görə 5 milyon dollar mükafat təyin edib.
Axar.z xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti yayıb.
Qeyd edək ki, Kolbayevin başına bundan öncə 1 milyon dollar mükafat təyin edilmişdi.
2012-ci ildə ABŞ onu dünyanın ən böyük narkobaronları siyahısına daxil edib.