Meksikada da təyyarə qəzası: 7 nəfər öldü
Meksika Hərbi Hava Qüvvələrinə məxsus “Learjet” reaktiv sərnişin təyyarəsi Verakrus ştatının Xalapa şəhərində qəzaya uğrayıb.
“El Universal” xəbər verir ki, göyərtədə olan 7 nəfər həlak olub.
Hadisənin baş verdiyi əraziyə xilasedicilər və hakimiyyət nümayəndələri gəliblər.
Qəzanin səbəbləri araşdırılır.