Bayden: ölənlərin sayı 500 minə çatacaq
COVİD-19 virusundan ölənlərin sayı fevral ayında ümumilikdə 500 minə çata bilər.
Avrasiya.net xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Ağ Evdə ilk çıxışında deyib.
“Bu qarışıqlığa bir gecədə daxil olmadıq və mövcud durumu dəyişmək aylarla vaxtımızı alacaq”, - deyə Bayden bildirib.