Sizin Reklam Burada

Hindistanda Covid-19 əleyhinə vaksinasiya kampaniyasını başlayıb

Hindistanda Covid-19 əleyhinə vaksinasiya kampaniyasını başlayıbHindistanın Baş Naziri Şri Narendra Modi bu gün video-konfrans vasitəsilə Covid-19 əleyhinə vaksinasiya kampaniyasını başladıb. Bu bütün ölkə ərazisini əhatə edən dünyanın ən geniş vaksinasiya proqramıdır. Vaksinasiyanın başladılması zamanı Hindistanın bütün ştatlarından və ittifaq ərazilərindən ümumilikdə 3,006 peyvəndləmə mərkəzi virtual şəkildə birləşdirilib.

Hindistanın Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Baş Nazir çıxışına peyvəndlərin hazırlanmasında iştirak edən elm adamlarına təşəkkür etməklə başlayıb. O bildirib ki, “adətən peyvəndin hazırlanması üçün illər tələb olunur, lakin belə qısa müddətdə bir yox, iki Hindistan istehsalı peyvənd buraxılıb.” Baş Nazir əhalini peyvəndin hər iki dozasını qəbul etməyi unutmamaq üçün diqqətli olmağa çağırdı. O qeyd edib ki, dozalar arasında bir ay fasilə olacaq. Baş Nazir əhalini peyvənddən sonra da qorunmağa çağırıb, çünki ancaq ikinci dozanı qəbul etdikdən iki həftə sonra insan orqanizmində Korona əleyhinə zəruri immunitet yaranacaq.

Baş Nazir, vaksinasiya kampaniyasının miqyasını diqqətə çatdıraraq proqramın birinci mərhələsində 30 milyon insana peyvənd vurulacağını və bu rəqəmin dünyanın ən azı 100 ölkəsinin əhalisindən çox olduğunu qeyd edib. O, ikinci mərhələdə bu rəqəmin 300 milyona çatdırılacağını, yaşlılara və ciddi sağlamlıq problemləri olan şəxslərə peyvənd vurulacağını deyib. Baş Nazir ancaq 3 ölkənin, Hindistan, ABŞ və Çinin əhalisinin 300 milyondan çox olduğunu qeyd edib.
Baş nazir vətəndaşları hər hansı konspirologiyaya və şayiələrə inanmağa çağırıb, vurğulayıb ki, Hindistanın tibb sistemi, peyvənd üzərində işləyən alimləri, və bu sahədə Hindistan fəaliyyəti və təşkilati mexanizmi beynəlxalq səviyyədə etibara malikdir və bu etibar davamlı uğurlar sayəsində qazanılıb.

Baş Nazir ölkə əhalisini Koronaya qarşı vahid və cəsur mübarizəyə görə təbrik edib. Hindistanın Korona ilə mübarizəsini özünə inam və etimad adlandırıb. O, hər bir Hindistanlıda özünə inamın zəifləməsinin qarşısını almaq qətiyyətini vurğulayıb. Baş Nazir, insanları xilas etmək üçün öz həyatlarını təhlükəyə atan həkimlərin, tibb bacılarının, tibb işçilərinin, təcili yardım sürücülərinin, ASHA işçilərinin, sanitariya işçilərinin, polisin və digər ön cəbhə işçilərinin verdiyi töhfələr haqqında xeyli danışıb. Möhtərəm Baş Nazir bəzi işçilərin virusa qarşı mübarizədə həyatlarını itirdiyinə görə evlərinə qayıtmadığını da diqqətə çatdırıb. Ön cəbhə mübarizlərinin ümidsizlik və qorxu şəraitində ümid yaradıb və bu gün ilk növbədə onları peyvənd etməklə xalq onların töhfələrini minnətdarlıqla qəbul edir deyə Şri Modi bildirib.

Pandemiyanın yayıldığı ilk günləri xatırlayaraq Baş Nazir, Hindistanın həssaslıq göstərərək doğru məqamlarda doğru qərarlar qəbul etdiyini vurğulayıb. 2020-ci il yanvarın 30-da ölkədə ilk yoluxma halının qeydə alınmasından iki həftə əvvəl Hindistanda yüksək səviyyəli komitə yaradılıb. Hindistan düz bir il əvvəl müvafiq müşahidə-nəzarətə başlayıb.2020-ci il 17 yanvarda Hindistan ilk tövsiyələri dərc etdirib və hava limanlarında sərnişinlərin hərarətlərini yoxlama sistemi quraşdıran ilk ölkələrdəndir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər