Trampdan Baydenə xəbərdarlıq

Trampdan Baydenə xəbərdarlıqABŞ prezidentini ölkə Konstitusiyasının 25-ci düzəlişin müddəalarından istifadə etməklə hakimiyyətdən kənarlaşdırılması ehtimalını müzakirə etmək Cozef Baydenə baha başa gələ bilər.

Bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“25-ci düzəliş mənim üçün riskli deyil. Amma Cozef Bayden və onun rəhbərliyinə qayıdacaq. Arzularınıza qarşı diqqətli olun”, - deyə Donald Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın vitse-prezident Mayk Pens Konstitusiyanın 25-ci düzəlişinə əsasən ölkə prezidenti Donald Trampı bacarıqsız elan edə bilər. Artıq bir çox demokrat senatorlar bu düzəlişdən istifadə üçün Mayk Pensə müraciət ediblər.

ABŞ prezidenti Donald Trampın impiçmenti məsələsi Konqresin Nümayəndələr Palatasında yanvarın 13-də və ya 14-də müzakirə olunacaq. Sənəd Demokrat Partiyasının Meriland ştatından olan nümayəndəsi Ceymi Raskin tərəfindən təqdim olunub.