Sizin Reklam Burada

ABŞ şokda: Səs yazısı yayıldı - Bu tarixdə Süleymaninin intiqamı alınacaq, Konqres binası...

ABŞ şokda: Səs yazısı yayıldı - Bu tarixdə Süleymaninin intiqamı alınacaq, Konqres binası...ABŞ-da hava nəqliyyatı nəzarət kontorları tərəfindən eşidilən səs yazısı ciddi rezonansa səbəb olub. Federal Təhqiqatlar Bürosu (FTB), Federal Aviasiya İdarəsi və bir çox qurumlar zaman itirmədən yayımlanan səs yazısını araşdırmağa başlayıb. Səs yazısında fəlakətlə nəticələnəcək təhdidin yanvarın 6-da baş verəcəyi bildirilib.

Teleqraf.com xatırladır ki, ABŞ-ın CBS kanalı qorxunc səs yazısını dünyaya duyurub.

İranlı general Qasım Süleymaninin intiqamının alınacağı bir il öncədən elan olunmuşdu. Amma yayımlanan səs yazısının gerçək olub-olmadığını ABŞ dərhal araşdırmağa başlayıb. Kəşfiyat və hüquq-mühafizə orqanları dərhal hərəkətə keçib.

Səs yazısında açıq qeyd olunur ki, Qasım Süleymaninin intiqamı dəhşətli şəkildə alınacaq. Başqa sözlə, Co Baydeninin seçkilərdə qələbə qazandığını Konqres rəsmiləşdirdiyi gün - 6 yanvar təyyarə həmin yeri yerlə bir edəcək.

FTB, MKİ, Federal Aviasiya İdarəsi “Çərşənbə günü Konqresin binasına uçuruq. Süleymaninin intiqamı alınacaq” şəklində təhdid yaradan səs qeydlərini araşdırır.

Bu səs yazısının kimin göndərdiyi hələ bəlli deyil. CBS kanalının araşdırmasına görə, təhdid inandırıcı ola bilər. Pentaqon və digər qurumlar da artıq brifinq keçirərək, qəti mövqelərini ortaya qoyublar.

FTB araşdırma haqqında şərh verməsə də, təhlükəsizliklə bağlı zorakı təhdidlərin ciddiyə alındığını elan edib.

Federal Aviasiya Təşkilatı bəyan edib ki, hava təhlükəsizliyinə təsir edə biləcək hər hansı bir təhlükəsizlik təhdidi məsələsində beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq içində çalışır.

Adı anonim saxlanılan rəsmi şəxs CNN kanalına bildirib ki, bu təhdid kəşfiyyat məlumatları ilə uyğunluq təşkil etmir.

Qeyd edək ki, Tehran prokuroru Əli Əlkasımer iyun ayında ABŞ Prezidenti Tramp və daha 35 nəfər haqqında general Qasım Süeymaninin ölümünə görə həbs qərarı çıxarıb.

Ötən gün isə İran hökuməti Prezident Tramp və daha 47 nəfərin həbs edilməsi üçün İnterpola müraciət edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər