ABŞ-da bir gündə 2435 nəfər koronadan öldü
Dərc olunub:
6-01-2021, 08:03
ABŞ-da son sutka ərzində daha 2435 nəfər koronavirusdan vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə “Vörldometers” məlumat yayıb.
Bununla da ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 364 558 nəfərə çatıb.
ABŞ-da indiyədək 21 milyon 496 mindən çox insan koronavirusa yoluxub.