Sizin Reklam Burada

Ermənistanın bəşəri cinayətləri ərəb ölkələri mediasında

Ermənistanın bəşəri cinayətləri ərəb ölkələri mediasındaTanınmış jurnalist Cavid Şahverdiyevin işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi bəşəri cinayətlərlə bağlı növbəti yazısı ərəb ölkələrinin mediasında ictimailəşdirilib.

İordaniya (nayrouz.com, assabeel.net ), Misirin (alwasela.com, aldawlanews.com, aldiplomasy.com) aparıcı saytlarında dərc olunan “Ermənistan cinayətlərinə görə Azərbaycana təzminat ödəməlidir” başlıqlı yazıda müəllif əvvəlcə 44 günlük müharibədə əldə olunan qələbənin səbəbini Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi ilə bağlayıb.

Məqalədə daha sonra qeyd edilib ki, Ermənistan 30 il ərzində Azərbaycana qarşı törətdiyi vandalizm, hərbi cinayət, terror aktlarının bədəlini ödəməlidir.

Müəllif yazıda beynəlxalq qurumları, ATƏT-in Minsk Qrupu, eləcə də digər təşkilatları 30 il ərzində ermənilərin hərbi cinayətlərinə heç bir siyasi, hüquqi qiymət vermədiklərini, əksinə Ermənistanın işğalçılıq siyasətini dəstəklədiklərini qeyd edib.

C.Şahverdiyev daha sonra qeyd edib ki, Ermənistan 30 il ərzində Azərbaycanın 20 faiz torpağını işğal etməklə on minlərlə dinc əhalini öldürüb, bu ərazilərdə olan milli mədəniyyət abidələrini, şəhərlər və kəndləri məhv edib. Erməni vandalizmi nəticəsində işğal olunmuş ərazilərdə yerləşən ilk insan məskənləri olmuş Azıx və Tağlar mağaraları, Qara köpək, Üzərlik təpə kurqanları məhv edilib, hərbi məqsədlər üçün istifadə edilib.

Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Füzulu rayonlarının ərazilərindəki qəbirstanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, Qafqaz Albaniyasına məxsus abidələr, azərbaycanlıların o torpaqlarda mövcudluğunu sübut edən milli-mədəni dəyərlərimiz təcavüzə məruz qalıb.

İşğalçılar genişmiqyaslı arxeoloji qazıntı işləri aparıb, kurqanları dağıdıb, qızıl yataqlarımız talayıb, qarət etdikləri tapıntıları Ermənistana daşıyıblar.

Daha sonra Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda dünya əhəmiyyətli memarlıq və arxeoloji, ölkə əhəmiyyətli və yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin dağıdılması, oğurlanmasının statistikası göstərilib.

Yazıda qeyd olunub ki, işğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşnalığı, tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilməsi Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına, 1992-ci Avropa Konvensiyasına, UNESCO-nun 1972-ci il Konvesiyasına ziddir.

Müsəllif ekspertlərin ilkin qənaətini də yazısıda vurğulayıb. Bildirib ki, bir neçə il əvvəlki hesablamalarda işğal faktoru ilə əlaqədar Ermənistanın Azərbaycana vurduğu ümumi zərərin məbləğinin 820 milyard dollar olduğu göstərilirdisə, yeni tətbiq ediləcək hesablama metodologiyasının nəticəsi olaraq bu zərərin 1,2-1.3 trilyon dollara yaxın bir məbləğ olacaq.

Müəllif Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi faktlarına da toxunub. Qeyd edib ki, reparasiya ilk dəfə I Dünya Müharibəsi nəticəsində təyin olunub. 1919-cu ildə Almaniyanın və müttəfiqlərinin məsuliyyətini qeyd edən Versal Sülh Müqaviləsi bağlanıb və 269 milyard qızıl marka - təxminən 100 min ton qızılın ekvivalentində təzminat miqdarı təyin olunub.

II Dünya Müharibəsində də Almaniya və müttəfiqlərinin üzərinə reparasiya yükü qoyulub.

Körfəz müharibəsindən sonra isə İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub.

C.Şahverdiyev sonda əlavə edib ki, bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxalq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir. Bu hüquqdan maksimum yaralanaraq Azərbaycan Ermənistanı Beynəlxalq Məhkəmədə cəzalandıracaq və təzminat ödəməyə məcbur edəcək.

Məqalənin ərəb dilində geniş variantı aşağıdakı linklərdə:

https://nayrouz.com/article/185648
https://assabeel.net/468546
http://www.alwasela.com/757208
http://www.aldawlanews.com/archives/752441
https://www.aldiplomasy.com/?p=100474

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər