30 yaşlı ana yeni ilin ilk saatlarında beşəm doğub
Tacikistanın Xatlon vilayətinin Kubodiyen rayonunda yeni ilin ilk saatlarında ölkə tarixində ilk dəfə beşəm uşaq doğulub.
Avrasiya.net AZƏRTAC-a istinadən xəbər verir ki, beşəmlərin anası bu rayonun 30 yaşlı sakinidir. Uşaqların üçü qız, ikisi oğlandır.
Həkimlərin bildirdiyinə görə ana və uşaqlar özlərini yaxşı hiss edirlər. Uşaqlar ciddi nəzarət altındadırlar.