ABŞ-da bir gündə 2405 nəfər koronadan öldü
Dərc olunub:
31-12-2020, 08:56
ABŞ-da son sutka daha 2405 nəfər koronavirusdan ölüb.
Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” məlumat yayıb.
Bununla da ABŞ-da COVİD-19 virusundan ölənlərin ümumi sayı 349 min 82 nəfərə çatıb.
Qeyd edək ki, ölkədə koronaya yoluxanların sayı 20 milyonu ötüb.