Sizin Reklam Burada

Hindistanın TRİPS-dən imtina təklifi

Hindistanın TRİPS-dən imtina təklifiElm nail oldu, Ümumdünya Ticarət Təşkilatı nail olacaqmı?

Hindistanın ÜTT-dəki səfiri və daimi nümayəndəsi Bracendra Navnit, tərəfindən Hindistan, Cənubi Afrika və başqa səkkiz ölkə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Sazişinə (TRIPS) əsasən məhdud zaman müddətində üzv ölkələri bəzi patent və digər Əqli Mülkiyyət (IP) hüquqlarının tətbiq edilməsindən azad etməyə dair təklif irəli sürür.

Bu təklifin əsas məqsədi ondan ibarətdir ki, əqli mülkiyyət hüquqları COVID-19 vaksinlərinin və dərman vasitələrinin istehsalının sürətləndirilməsini məhdudlaşdırmasın. Bir neçə üzv təkliflə bağlı narahatlıqlarını bildirsə də, ÜTT üzvlüyünün böyük bir hissəsi təklifi dəstəkləyir. Müxtəlif beynəlxalq təşkilatlar, çoxtərəfli qurumlar və ümumdünya vətəndaş cəmiyyəti də həmçinin bu təklifi dəstəkləyir.
Görünməmiş dövrlər fərqli tədbirlər görülməsini tələb edir. Biz bunu pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə siyasi müdaxilə kimi həyata keçirilən məhdud müddət üçün nəzərdə tutulmuş sərt karantin rejiminin tətbiq edilməsi ilə əldə edilən nəticədə müşahidə etdik. Beynəlxalq Valyuta Fondu (BVF) Dünya İqtisadi Görünüşünün 2020-ci il oktyabr tarixli nəşrində qeyd olunur: “... Bununla birlikdə, proqnozlaşdırıldığından daha pis inkişaf nəticəsi riski hələ də böyükdür. Əgər virus yenidən başlayarsa, müalicə vasitələri və vaksinlərdə irəliləyiş gözləniləndən daha yavaş olarsa və ya ölkələrin onları əldə etməsi qeyri-bərabər şəkildə həyata keçirilərsə, yenidən sosial uzaqlaşma və daha sərt karantin rejimi ilə iqtisadi aktivlik gözləniləndən daha aşağı ola bilər ”. Vəziyyət proqnozlaşdırıldığından daha acınacaqlı görünür, 2019-cu il üçün proqnozlaşdırılan əsas plana əsasən iqtisadi məhsulun 7% -ni itirmişik. Bu, qlobal Ümumi Daxili Məhsulu üzrə 6 trilyon ABŞ dollarından daha çox bir məbləğdə itkiyə çevrilir. Qlobal ÜDM-in ilkin plana əsasən 1 % artması belə 800 milyard ABŞ dollarından çox qlobal məhsul əlavə edəcək və imtina hesabına iqtisadiyyatın bir sektorundakı zərərin əvəzini kompensasiya edəcəkdir.

Vaksin və müalicə vasitələrinin vaxtında və əlverişli qiymətlərlə əldə olunmasını təmin etmək üçün yalnız bir siqnal iqtisadiyyatda tələbin canlanması üçün böyük bir etimad rolunu oynayacaqdır. Uğurlu vaksinlərin hazırlanması üfüqdə ümidin olduğunu göstərir. Bəs bunlar dünya əhalisi üçün necə əlçatan və əlverişli olacaq? Burada əsas sual hərkəs üçün kifayət qədər Covid-19 peyvəndinin olub-olmamasıdır. Hal-hazırda günümüzün ən optimist ssenariləri belə 2021-ci ilin sonuna qədər zəngin və yoxsul ölkələrin əksər əhalisi üçün Covid-19 vaksinlərinin və dərman vasitələrinin əldə olunmasının təminatını verə bilməz. ÜTT-nin bütün üzvləri kütləvi qlobal ehtiyacları qarşılamaq üçün vaksin və dərman vasitələrinin istehsal gücünün artırılmasına təcili ehtiyac olduğu ilə bağlı razılığa gəlib. Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Sazişindən (TRİPS) imtina təklifi bu ehtiyacın Əqli Mülkiyyət (IP) hüquqlarının potensialının istehsal gücünün artırılmasına mane olmamasını təmin etməklə həyata keçirməyə çalışır.

Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Sazişi çərçivəsində mövcud dəyişikliklər niyə kifayət deyil

Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Sazişi çərçivəsində edilən mövcud dəyişikliklər qənaətbəxş hesab olunmur, çünki bütün bunlar pandemiya ilə bağlı yaranan vəziyyətin nəzərə alınması ilə hazırlanmayıb. Məcburi lisenziyalar ölkəyə, vəziyyətə və məhsula görə verilməlidir, halbuki hər bir yurisdiksiya əqli mülkiyyət qaydası ilə ayrı-ayrı məcburi lisenziyalar verməli idi və bu, praktik olaraq ölkələr arasında iş birliyini son dərəcə çətinləşdirirdi. Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Sazişi çərçivəsində mövcud dəyişikliklərdən istifadəni təşviq etsək də, bunların tətbiqi çox vaxt aparır və tətbiq edilməsi çətin bir prosesdir. Beləliklə, yalnız bunların istifadəsi ilə əlverişli qiymətləri olan vaksin və dərman vasitələrinin vaxtında əldə olunması təmin edilə bilməz. Eynilə, ÜST-nın COVID-19 tibbi məhsullarının istehsalını genişləndirmək və dünya miqyasında paylaşılmasına köməklik göstərmək üçün əqli mülkiyyət, texnologiya və məlumat bazasının verdiyi töhfəyə dəstək olan COVİD-19 Texnologiyaya Giriş Anbarı təşəbbüsündə də ruhlandırıcı və ümidverici inkişafın şahidi olmamışıq. Könüllü lisenziyalar, mövcud olduqları yerlərdə belə, gizli saxlanılır. Onların qaydaları və şərtləri şəffaf deyil. Onların əhatə dairəsi müəyyən dərəcədədir və ya ölkələrin məhdud bir alt qrupu ilə məhdudlaşır və bununla da həqiqi beynəlxalq əməkdaşlıqdan daha çox millətçiliyi təşviq edir.

Niyə mövcud qlobal əməkdaşlıq təşəbbüslərindən kənara çıxmağa ehtiyac var?

COVAX Mexanizmi və COVİD-19 müalicə vasitələrinin inkişafı, istehsalı və əldə olunması prosesini sürətləndirən “ACT-Accelerator” kimi qlobal əməkdaşlıq təşəbbüsləri 7.8 milyard insanın kütləvi qlobal ehtiyaclarını ödəmək üçün yetərli deyil. “ACT-A” təşəbbüsü gələn ilin sonuna qədər 2 milyard doza miqdarında olan vaksini satın alaraq dünyada ədalətli şəkildə paylamağı hədəfləyir. İki doza rejimi ilə bu, yalnız 1 milyard insanı əhatə edəcəkdir. Bu o deməkdir ki, “ACT-A” tam olaraq maliyyələşdirilmiş və uğurlu olsa belə, bu hal hazırda belə deyil, qlobal əhalinin əksəriyyəti üçün kifayət qədər vaksin olmayacaqdır.

Keçmiş təcrübə

Mövcud pandemiyanın ilk bir neçə ayı ərzində maskalar, şəxsi mühafizə vasitələri, təmizləyici maddələr, əlcəklər və Covid-19 pandemiyası zamanı digər vacib avadanlıqların olduğu rəflər hətta təcili ehtiyacları olmadıqları təqdirdə onları əldə edən şəxslər tərəfindən tamamilə boşaldılmışdır. Eyni proses vaksinlərdə də baş verməməlidir. Nəhayət, dünya Covid-19 pandemiyasının əsas məhsullarının istehsalını sürətləndirə bildi, çünki buna mane olan əqli mülkiyyətlə bağlı maneələr olmadı. Hal-hazırda, eyni əqli mülkiyyət hüquqlarının toplanmasına və vaksinlərin və dərman vasitələrinin istehsalını genişləndirməyə necə nail ola biləcəyimizə dair məlumata ehtiyacımız var. Bu, əfsuslar ki, tez baş verməyəcək və bununla da imtinaya ehtiyac yaranır.

Çoxsaylı maraqlı tərəflərin iş birliyini səfərbər edən pandemiya fövqəladə bir hadisədir. Sadəcə əqli mülkiyyət yox, həmçinin elm adamları, tədqiqatçılar, ictimai səhiyyə mütəxəssisləri və universitetlər tərəfindən əldə edilən bilik və bacarıqlar, eləcə də vaksinlərin ən qısa zamanda inkişafını asanlaşdıran böyük dövlət maliyyəsi ölkələrarası əməkdaşlığa şərait yaratdı

İrəliyə yol

Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Sazişindən (TRİPS) imtina təklifi, bu gün dünyanın üzləşdiyi ictimai səhiyyədə yaranmış fövqəladə vəziyyətə qarşı görüləcək istiqamətli və mütənasib bir tədbirdir. Belə bir imtina, ÜTT-ni təsis edən Marakeş Sazişinin IX maddəsinin müddəalarına uyğundur. Vaksinləri vaxtında və sərfəli qiymətlərlə əldə olunması ilə, insan həyatının itirilməməsinə köməklik edilə bilər. İmtinanın qəbul edilməsi, ÜTT-nin etibarlılığını yenidən bərpa edəcək və çoxtərəfli ticarət sisteminin aktual olmağa davam etdiyini və böhran anında təsir göstərə biləcəyini sübut edəcək. Həyatları xilas etmək və iqtisadiyyatın canlanmasına köməklik göstərmək üçün indi ÜTT üzvlərinin imtinanı qəbul etmə vaxtıdır.
Vaksinlərin hazırlanması bir elm sınağı olsa da, onları əlçatan və sərfəli hala gətirmək insanlığın sınağı olacaq. Tarix bizi sadəcə vaksinlərin hazırlanması üçün yox, eyni zamanda Covid19 vaksinlərinin və dərman vasitələrinin hazırlanması, sərfəli qiymətlərin təyin edilməsi və hərkəs tərəfindən əldə edilməsi üçün xatırlamalıdır. Gələcək nəsillərimiz bundan daha azına layiq deyillər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər