Sizin Reklam Burada

Misirdə Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Misirdə Həmrəylik Günü münasibətilə tədbir keçirilib“Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək başlanılıb.
Çıxış edən “Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov diaspor üzvlərini Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

S.Nəsirov qeyd edib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və böyük sərkərdəlik məharəti sayəsində azadlığa qovuşub. O deyib: “İndi xarici ölkələrdə, o cümlədən Misirdə yaşayan hər bir azərbaycanlı qüdrətli və qalib xalqın nümayəndəsinə xas böyük qürur hissi keçirir. Artıq burada keçirilən tədbirlərdə heç kim bizə torpaqlarımızın niyə hələ işğal altında olduğu sualını verə bilməyəcək. Biz Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycanın vətəndaşlarıyıq və bununla fəxr edirik. Prezident İlham Əliyev yeni əsrdə torpaqları düşmən işğalından azad edən sərkərdə kimi adını tarixə qızıl hərflərlə yazdırıb”.

2020- ci ildə diaspora fəaliyyətindən danışan S.Nəsirov diqqətə çatdırıb ki, xalqımızın zəngin mədəniyyətinin və tarixinin Misirdə və qonşu ölkələrdə təbliği istiqamətində xeyli iş görülüb. Vətən müharibəsi günlərində isə yerli mətbuatda məqalələr dərc etdirilib, habelə Misir parlamentinin üzvləri, dini və ictimai təşkilatların nümayəndələrinə mütəmadi olaraq məlumatlar çatdırılıb.

Dost ölkənin dini qurumlarının rəhbərləri və ictimai-siyasi xadimləri şanlı Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar. Diaspor üzvləri də sosial şəbəkələrin ərəb dilindəki seqmentində xalqımızın ədalətli mövqeyi haqqında statuslar, foto və videomateriallar paylaşıblar. Diaspor fəaliyyətinin daha bir mühüm istiqaməti Azərbaycanın Qahirədə təhsil alan əcnəbi və yerli tələbələr arasında təbliğidir.

S. Nəsirov Azərbaycanın təbliğində xüsusi fəallıq göstərən diaspora nümayəndələrinin adlarını qeyd edərkən, Azərbaycan dilini könüllü şəkildə tədris edən diaspora fəalı İnərə Osmanovanın adını xüsusilə qeyd etmişdir.

İ. Osmanova dörd ildir ki, dünyanın ən qədim universitetlərindən sayılan əl-Əzhər Universitetində Azərbaycan dilini könüllü şəkildə tədris edir. Bu müddət ərzində 500 dən çox misirli tələbəyə dilimizi tədris etmişdir. O, eyni zamanda Qahirədəki diaspora mərkəzimizdə Azərbaycan dili müəlliməsidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər