Fransada kişi arvadını öldürüb, özü də intihar etdi
Dərc olunub:
18-12-2020, 08:06
Paris yaxınlığında silahlı şəxs bir neçə nəfəri girov götürüb.
Bu barədə BFMTV telekanalı məlumat yayıb.
Silahlı insident zamanı iki nəfər də yaralanıb.
Kanalın məlumatına görə, şirkət rəhbəri öz arvadını girov götürüb, içəridə bir neçə nəfər də var.
Ərazi polis tərəfindən mühasirəyə alınıb. Polis silahlı şəxslə danışıqlar aparmağa cəhd edir.
***
Silahlı şəxs arvadını öldürüb, daha sonra intihar edib.
Bu barədə polisin məlumatında qeyd olunub.