Sizin Reklam Burada

Son bir gündə 450 mindən çox insanda COVID-19 aşkarlanıb

Son bir gündə 450 mindən çox insanda COVID-19 aşkarlanıbDünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son 24 saatda 450 mindən çox artaraq 62,84 milyonu ötüb.

Avrasiya.net-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Eyni zamanda son sutkada dünyada təhlükəli infeksiyadan 7,8 mindən çox ölüm qeydə alınıb. Beləliklə, dünyada COVID-19-dan ölənlərin sayı 1,46 milyon nəfəri ötüb.

Təşkilata daxil olan məlumata görə, dünyada təhlükəli infeksiyaya 62 844 837 yoluxma və 1 465 144 ölüm haqqında məlumatlar daxil olub. Yoluxanların sayı bir gün ərzində 453 170 nəfər, ölənlərin sayı 7 837 nəfər artıb.

Gün ərzində yoluxmaların çoxu (211 548) Şimali və Cənubi Amerikanın payına düşür. Siyahıda ikinci yerdə Avropa (154 516), üçüncü yerdə cənub-şərqi Asiya (41 791) qərarlaşıb.

Bu günə qədər sutkalıq rekord yoluxma noyabrın 14-də qeydə alınıb və 667 123 yoluxma təşkil edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər