Sizin Reklam Burada

Türkmən xalqı mübariz və cəsur qızını itirdi

Türkmən xalqı mübariz və cəsur qızını itirdiİraq türkmənlərinin daha bir milli mübarizi aramızdan ayrıldı. Türkməneli Partiyasının sədri Riyaz Sarıkahyanın həyat yoldaşı xanım Yüksəl Məhmət İzzət Ankarada vəfat edib. Türkmən dava adamı olan mərhum Məhmət İzzət Xəttatın qızı olan Yüksəl xanım da atası kimi, həyatı boyunca xalqının milli mübarizəsinə əlindən gələn dəstəyi verib.

Yüksəl Məhmət İzzət 1957-ci ildə Kərkükün Musalla bölgəsində doğulub. Orta məktəb, eləcə də universitet təhsilini Kərkükdə alıb. Gözünü açandan atasını milli mübarizə meydanında gördüyündən, sanki atasının davamçısına çevrilib. Buna görə də, Səddam Hüseyn dönəmində dəfələrlə haqsız yerə həbs edilərək zindan həyatı yaşamağa məhkum edilib. Həbsdən çıxandan sonra ailəsi onu Türkiyəyə göndərib. Həmin vaxt Riyaz bəy də orada olub və beləliklə, tanış olub, ailə qurublar.

Riyaz Sarıkahya Kərkükə gəlməyə məcbur olsa da, Yüksəl xanım gələ bilməyib, vətən həsrətini Türkiyədə yaşamağa məcbur olub. Bilirdi ki, İraqa gələn kimi, Səddam rejimi onu həbs edəcək, hətta qətlə yetirə bilərdilər. Səddam Hüseynin devrildiyi 90-cı illərədək vətəninin, eləcə də doğma ailəsinin ətrini qoxulamağa həsrət qalan Yüksəl xanım, Səddam Hüseyn hakimiyyəti yıxılandan sonra nəhayət ki, ölkəsinə qayıdır.

Yüksəl xanım qürbətdə qaldığı uzun müddət ata-nanasını, bacı-qardaşlarını, qohum-qonşularının həsrətilə yaşayıb. Hətta zaman-zaman həyat yoldaşı Riyaz bəydən də ayrı düşmək məcburyyətində qalıb. Çünki Riyaz bəy türk millətçisi, milli mübariz olduğu üçün İraqda olmalı və mücadiləsini sürdürməliydi. Buna görə də o, zaman-zaman Kərkükdə, Ərbildə qalıb milli-siyasi mübarizəsini aparar, türkmən xalqının siyasi müstəvidə təşkilatlanması üçün çalışardı.

Şahidlərin dediklərindən: Yüksəl xanım Kərkükdə yaşadığı illərdə, evlərinin lap yanında balaca bir dükan işlədirmiş. Millətçi türkmənlər tez-tez həmin dükana gələr, orada milli məsələləri müzakirə edərlərmiş. Təbii ki, o illərdə İraqın hər yerində Səddam rejiminə xidmət edən polis və digər təhlükəsizlik qüvvələri ilə yanaşı, həm də tanınmayan-bilinməyən saysız-hesabsız casuslar vardı. Məhz casuslar Yüksəl xanımın dükanında alış-verişdən daha çox milli mübarizədən danışıldığını əlüstü polisə çatdırır və onlar bu mübariz xanımı həbsə atırlar.

Yüksəl xanım Ankarada yaşadığı illərdə də boş dayanmır, Türkiyədəki türkmən dərnəkləri, eləcə də Türkiyə Milliyyətçi Hərəkat Partiyası ilə sıx əməkdaşlıq edir, bu partiyanın və türkmən dərnəklərinin işinə qatılar, xüsusilə də qadın qollarının işlərinində fəallıq göstərərdi. Bundan əlavə, o, Ankarada balaca bir evdə Quran kursu açır, ərəbcə yazıb-oxuya bilməyən türkiyəli qadınlara Quran oxumağı öyrədir.

Yüksəl xanım yalnız İraq türkmənlərinin haqları uğrunda mübarizə aparmayıb, o, dünyanın hər yerində yaşayan türklərin azad olmasını və inkişaf edərək güclənməsini istəyib. O cümlədən, Azərbaycanı da həmişə diqqətdə saxlayıb. Nə vaxtsa Bakıya gəlmək, Azərbaycanın əsrarəngiz təbiətə mailik bölgələrini gəzmək arzusunda olub. Qarabağda 44 günlük müharibə gedən müddətdə, Yüksəl xanım hər gün cəbhədə qazandığımız uğurları duymaq üçün mətbuatdan prosesi izləyib. Deyirdi ki, inşallah, işğal altındakı torpaqlar azadlığına qovuşsun, bir gün Azərbaycana gələcək və məhz azad olunmuş bölgələrə gedəcək. Təəssüf, bu arzusu gerçək olmadı, millətinə sevgisini və parlaq arzularını özü ilə birlikdə əbədiyyətə götürdü.

Allah sənə rəhmət eləsin, nur içində yat. Ruhun tam əmin olsun ki, gerçəkləşməsini istədiyin arzularını yeni nəsillər mütləq gerçəkləşdirəcək...

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər