Netanyahudan Baydenə İran xəbərdarlığı

Netanyahudan Baydenə İran xəbərdarlığıABŞ-ın İranın nüvə proqramı ilə əlaqədar Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) qayıtmağına qəti şəkildə qarşıyıq.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“İranın nüvə proqramına qarşı yönələn qətiyyətli mövqeyimizdən dolayı xeyli ərəb ölkəsinin bizə münasibəti kökündən dəyişdi”, - deyə Netanyahu bildirib.

Qeyd edək ki, 2015-ci ildə Rusiya, Çin, Böyük Britaniya, ABŞ və Fransanın iştirakı ilə İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) imzalanıb. ABŞ 2018-ci ildə müqavilədən çıxdığını bəyan edib.

Bəzi ekspertlər hakimiyyətə Co Baydenin gələcəyi təqdirdə Vaşinqtonun yenidən BHFP-yə qayıdacağını istisna etmir.