ABŞ-da 260 mindən çox insan koronadan öldü
ABŞ-da gün ərzində daha 765 nəfər koronavirusdan ölüb.
Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” məlumat yayıb.
Bununla da ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 262 min 563 nəfərə çatıb.
Qeyd edək ki, indiyədək ABŞ-da 12 milyondan 567 mindən çox insan koronavirusa yoluxub.