ABŞ-da bir gündə 871 nəfər koronadan öldü
Dərc olunub:
4-11-2020, 08:19
ABŞ-da son sutka ərzində 871 nəfər koronavirusdan ölüb.
Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” portalı məlumat yayıb.
Bununla da ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 237 min 865 nəfərə çatıb.
Qeyd edək ki, ABŞ-da indiyədək 9 milyon 634 mindən çox insan koronaya yoluxub.