Sizin Reklam Burada

Kosova mediası erməni terrorundan yazıb

Kosova mediası erməni terrorundan yazıbJurnalist Əli Zülfüqaroğlu Kosovanın Kosovaport.com xəbər portalında Ermənistanın Azərbaycanın Gəncə və digər şəhərlərində mülki insanlara qarşı törətdiyi terror aktlarından yazıb.
Yazıda bildirilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 fazinindən çoxunu işğal altında saxlamasına rəğmən yenə də Azərbaycana qarşı hücumlara başlayıb. Azərbaycanın sülh yolu ilə Ermənistanın işğalda saxladığı torpaqlarından çıxmasına diplomatik səy göstərdiyi halda İrəvan daim qeyri-konstruktiv mövqe sərgiləyərək təxribatlarını davam etdirdi və sülh danışıqlarını pozub. Yenidən Azərbacan ərazilərinə, xüsusilə də mülki əhalinin yaşadığı və hərbi birləşmələrin olmadığı yerlərə ağır silahlardan atəş açmağa başlayıb.

Sülh danışıqlarının nəticə vermədiyini və Ermənistanın mülki əhaliyə qarşı terror hücumlarını davam etdirdiyini görən Azərbaycan əks-hücum əməliyyatlarını başlamağa qərar verdi. Azərbaycan cəbhədə Ermənistan silahlı birləşmələrinin hücumlarını əngəlləməyə və öz torpaqlarının işğaldan azadetmə əməliyyatına başlayıb. Amma Ermənistan yenə də mülki əhalini hədəfə alaraq, bu dəfə cəbhədən 100 kilometr kənarda yerləşən və heç bir hərbi birləşmələr olmayan Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə böyük dağıdıcı gücə malik reketlərlə zərbələr endirib. Nəticədə uşaq və qadınlar daxil olmaqla Azərbaycan vətəndaşları həyatını itirib.

Yazıda Gəncə ilə yanaşı döyüş bölgəsindən kənarda yerləşən digər Azərbaycan şəhərlərinin də raket atəşinə tutulması və mülki insanların qətlə yetirilməsindən söhbət açılır. Eyni zamanda xarici jurnalistlərin bu barədə dünya ictimaiyyətinin məlumatlandırmasının vacibliyinə diqqət çəkilir.

Yazıya bu linkdən daxil olmaq mümkündür:

http://www.kosovaport.com/ermenistan-azerbaycanda-sivil-halka-fuzelerle-saldiriyor/#

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər