Fransadan Türkiyənin boykot siyasətinə CAVAB

Fransadan Türkiyənin boykot siyasətinə CAVABTürkiyə məhsullarına boykot gündəmimizdə yoxdur.

Avrasiya.net xəbər verir ki, bunu Fransanın Xarici Ticarət naziri Frenk Rayster deyib.

RTL radiosuna açıqlama verən nazir bildirib ki, türklərin etdiyi kimi reaksiya göstərməyəcəklər.

O, Fransa Prezidenti Emmanuel Makronun İslam haqqındakı açıqlamalarının müsəlmanlara və İslam dininə qarşı hücum olmadığını dilə gətirib. O, Fransanın terror və radikal islamçılıqla mübarizəsinə davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqına müraciətdə Fransa məhsullarına boykot çağırışı etmişdi